“Ferrari” pilotu Sebastyan Fettel “Reno” və “Maklaren”dən dəvət alıb.

İtaliya mətbuatı yazır ki, 4 qat dünya çempionu “qırmızılar”ın heyətində Şarl Leklerlə rəqabət apara bilməyəcəyini anlayaraq iş yerini dəyişə bilər. İndiki məqamda “Ferrari” almaniyalı pilota bir illik müqavilə təklif edib və iyunun sonuna qədər ondan cavab gözləyir.

Leklerin isə “Ferrari” ilə müqavilə müddəti 2024-cü ildə başa çatacaq.